Bakının Nizami rayonunda yaşayış binasındakı yanğın məhdudlaşdırıldı

Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə hakimiyyet.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb", - deyə cavabda qeyd olunub.

Bakının Nizami rayonunda yaşayış binasında yanğın başlayıb.

hakimiyyet.az-ın məlumatına görə, B.Çobanzadə küçəsi, 40 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının yuxarı mərtəbələrini qatı tüstü bürüyüb.

Yanğından görüntüləri təqdim edirik:

Aygün Mirakif

0.064868927001953