Nadir xəstəlikdən əziyyət çəkən səkkiz yaşlı Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə hakimiyyet.az-a onun anası Leyla Əsədova məlumat verib.
O bildirib ki, övladı 2016-cı ildə nadir xəstəliklərdən olan qapalı spina bifida xəstəliyi ilə dünyaya gəlib:
"Doğulan gündən müalicələrə, əməliyyatlara başladıq. Körpə yaşında 11 dəfə əməliyyat olundu. Anadangəlmə anal dəliyi olmadığı üçün öncə bununla bağlı əməliyyat olundu, daha sonra isə bağırsaqlarının 90%-i çıxarıldı. Zəhranın müalicəsi ilə bağlı dəfələrlə İranda və Türkiyədə olmuşuq. Sonuncu dəfə iyul ayında Türkiyədə yerləşən xəstəxanalardan birində Zəhranın sidik kisəsinə botoks vuruldu. Bizə oktyabr ayı üçün yenidən müayinəyə getməyimizi dedilər".
Gənc ana övladının Türkiyəyə getməyi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Zəhranın Türkiyədəki əməliyyatı və müayinələrinə 4 000 manata yaxın pul xərclədik. Bu məbləği yardımsevər şəxslərin dəstəyi ilə toplaya bilmişdik. Hazırda yenidən gedib, müayinələrdən keçmək üçün 2 000 manata ehtiyacımız var. Artıq biletlərimizi almışıq, bu gün axşam Türkiyəyə gedirik, amma, inanın, cəmi 500 manat pulumuz var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Zəhranın müalicələri dayanan kimi vəziyyəti ağırlaşır, hərarəti artır. İllərdir Zəhranı sizin saytın izləyicilərinin sayəsində ayaqda saxlaya bilmişik, həmin şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 430-94-94.
"Leo Bank": 4098 5844 6764 3027.