Komitə sədri: "Rayonlarda ilkin tibbi yardım pis vəziyyətdədir"

"Bölgələrdə tibb məntəqələrinin binaları, vəziyyəti acınacaqlı vəziyyətdədir".

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

"Mən rayonlara səfər etdim və tibb məntəqələrinin vəziyyətini gördüm. Orada olan cihazlar sovetdənqalmadır, rayonlarda kadr çatışmazlığı var. İlkin tibbi yardım məsələsi gündəmə gəlməlidir. Rayonlarda ilkin tibbi yardım pis vəziyyətdədir, bu məsələ qaldırılmalı və həllini tapmalıdır. Bu problemi daha da dərinləşdirən məsələ 65 yaşı tamam olmuş həkimləri təqaüdə göndərməklə bağlıdır", - deyə komitə sədri vurğulayıb.

0.065786123275757