"Lamborghini"ni elektron poçtla oğurladılar

ABŞ-nin məşhur beysbolçusu Kris Brayant qeyri-adi oğurluğun qurbanı olub. O, "Lamborghini Huracan"ın Koloradodan Las-Veqasa daşınmasını sifariş edib, lakin avtomobil ünvana çatmayıb: Hakerlər daşıma şirkətinin e-poçtunu sındıraraq təyinat yerini dəyişiblər.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Carscoops" yazır.

Kolorado polisi hadisəni araşdırarkən belə qənaətə gəlib ki, nəqliyyat şirkəti biznes e-poçtunun qurbanı olub. Superkar nəhayət müşahidə kameraları vasitəsilə izlənilib və axtarışa cəmi bir həftə sərf edildikdən sonra tapılıb.

Eyni zamanda, müstəntiqlər daha bir neçə bənzər faktı aşkarlayaraq, nəinki oxşar üsulla oğurlanmış iki avtomobili, həm də qeydiyyat sənədlərinin saxtalaşdırılmasının bir neçə epizodunu aşkarlaya biliblər. Şübhəlilər artıq saxlanılıblar. İddia edilir ki, elektron poçta daxil olmaq vasitəsilə onlar bütün ölkə ərazisində avtomobillərin qanunsuz daşınmasını təşkil edə bilərlər.

0.10602188110352