Juau Palinya uzun müddət yaşıl meydanlardan kənar qalacaq

Almaniyanın "Bavariya" klubunun futbolçusu Juau Palinya bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

hakimiyyet.az xəbər verir ki, yarımmüdafiəçi Portuqaliya millisinin məşqində zədələnib.

29 yaşlı oyunçunun əzələsində problem aşkarlanıb. Palinya bu səbəbdən bir neçə həftə xəstəxanada qalmalı olacaq.

Qeyd edək ki, Juau Palinya yayda İngiltərənin "Fulhem" klubundan "Bavariya"ya keçib.

0.057723999023438