“Borussiya” liderliyə yüksəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Bundesliqasının 8-ci turunda Dortmund “Borussiya”sı “Verder”i qəbul edib.

Görüş Dortmunddakı “Siqnal İduna Park” stadionunda baş tutub.

Ev sahibinin qələbə qazandığı matçda yeganə qolu 67-ci dəqiqədə yarımmüdafiəçisi Yulian Brandt  vurub. O, Əmrə Canın ötürməsindən sonra fərqlənib – 1:0.

Bu qələbə sayəsində “Borussiya” səkkiz görüşdən sonra 20 xal toplayaraq Almaniya futbol çempionatının turnir cədvəlində birinci yerə yüksəlib. “Verder” isə 6 xalla 14-cü yerdədir.

 

0.13997483253479