İngiltərə Premyer Liqası: “Mançester Siti”nin forvardları komandalarına qələbə qazandırdılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasında IX tur davam edir.

hakimiyyet.az xəbər verir ki, son çempion “Mançester Siti” öz meydanında “Brayton”la qarşılaşıb. Görüş “şəhərlilər”in qələbəsi ilə başa çatıb - 2:1. Mançester təmsilçisinin qollarını Xulian Alvares və Erlinq Holand vurublar. Qonaqların heyətində Ansu Fati fərqlənib.

Qələbə sayəsində xallarını 21-ə çatdıran Pep Qvardiolanın komandası birinci pilləyə qayıdıb. “Brayton” 16 xalla yeddincidir.

Digər maraqlı qarşılaşmada “Nyukasl” öz meydanında “Kristal Pelas”ı darmadağın edib - 4:0. “Sağsağanlar”ın qollarını Ceykob Mörfi, Entoni Qordon, Şon Lonqstaf və Kallum Uilson vurublar.

Xallarını 16-ya çatdıran “Nyukasl” beşinci pilləyə yüksəlib. “Kristal Pelas” 12 xalla 11-cidir.

Digər qarşılaşmalarda “Vulverhempton” səfərdə “Bornmut”u 1:2, “Brentford” evdə “Bernli”ni 3:0 məğlub edib. “Nottinqem Forest” - “Luton” görüşündə isə qalib müəyyənləşməyib - 2:2.

Faiq Tahirov

0.19808292388916