Azərbaycan idmançıları xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda iştirak edəcəklər.
Bu barədə “Report”a Azərbaycan Qış İdmanı Növləri Federasiyanın baş katibi Günel Bədəlova məlumat verib.
O bildirib ki, idmançılarımız 2024-cü ilin yanvarından etibarən beynəlxalq səviyyəli yarışlara qatılacaqlar:
“Bu növə idmançıların cəlb edilməsi istiqamətində seçimlər olub. Fərqlənənlər intensiv məşqlərə start veriblər. İlk olaraq qış mövsümünə hazırlaşmaq üçün fiziki məşqlərə qatılıblar. İndi isə “Şahdağ” Turizm Mərkəzində xizəklə məşq edirlər”.