Cəbhədə məktəblinin məktubunu oxuyan həkim müharibədən danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində həkim kimi xidmət göstərən Anar Vaqifli Baku TV-yə danışıb.

O, ön cəbhədə yaralılara yardım göstərməyin qürurverici olduğunu söyləyib.

“Hərbçi yaralandığı andan ona nə qədər tez yardım göstərilərsə, təxliyəsi düzgün aparılarsa, həyatda qalma şansı artır. Biz bir xəstəni belə itirmədik”, - deyə həkim qeyd edib.

İki oğul övladının olduğunu vurğulayan A.Vaqifli “Vətən müharibəsində iştirak etmək borcum idi. Qarabağ problemi övladlarımıza qalmamalı idi”, - deyə sözlərinə əlavə edib.

0.072371006011963