Türkiyə və Ermənistan XİN başçıları arasında görüş olub - VİDEO

Tehranda Türkiyə və Ermənistan XİN başçıları arasında görüş keçirilib.

Bu barədə Ermənistan mediası ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, görüş Tehranda keçirilən “3+3” formatlı toplantı çərçivəsində baş tutub.

Bildirilib ki, danışıqlar zamanı regional və ikitərəfli məsələlər müzakirə edilib.

Tərəflərı “əvvəllər əldə edilmiş razılaşmaları həyata keçirməyə” hazır olduqlarını təsdiqləyiblər.

0.079467058181763