Əliyar Ağayev “Frayburq”un oyununu idarə edəcək

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 26-da, “TSC Arena”da keçiriləcək “Baçka Topola” (Serbiya) - “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Bu barədə AFFA-nın saytı məlumat yayıb. Ə.Ağayevə yan xətlərdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Oyunun VAR hakimləri türkiyəli Alper Ulusoy və Abdulkadir Bitigen olacaqlar.

0.072526931762695