Qəbələdə evi yararsız hala düşən ailə üçün çadır qurulub - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinə (FHN) Qəbələ rayonu, Bum qəsəbə sakini Elçin Umar oğlu Rəhimova məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar 6 nəfərdən ibarət ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat Xidmətinin məlumatında deyilir.

Xəbərə görə, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Bum qəsəbə sakini E.Rəhimov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

0.1617259979248