Lənkəranda avtomobil dərəyə aşıb, ölən və yaralanan var

Lənkəranda avtomobil dərəyə aşıb, ölən və yaralanan var.

“Report”un məlumatına görə, hadisə rayonun Təngivan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, avtomobil Lənkəran-Lerik yolunda hərəkətdə olarkən idarəetmədən çıxaraq aşağı yuvarlanıb.

Avtomobil dərədə olduğu üçün digər zərərçəkənin olub-olmadığı ilə bağlı dəqiqləşdirmələr aparılır.

Faktla bağlı araşdırma aparılır.

0.090837001800537