Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Oktyabrın 24-ü 1972-ci il təvəllüdlü Araz Həsənovun ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Araz Həsənova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Səyavuş Abbasov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

20:30

Bakıda 51 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Səyavuş Nəriman oğlu Abbasov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

18:56

Oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Araz Malik oğlu Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

0.082168102264404