Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

APA-nın məlumatına görə hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

BMW markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

0.071882009506226