“Bitcoin”in dəyəri ötən ilin mayından bəri ilk dəfə 34 min dolları ötüb

“Bitcoin”in dəyəri 2022-ci ilin may ayından bəri ilk dəfə 34 000 dolları ötüb.

Bunu “CoinDesk” platformasının məlumatları sübut edir.

Son bir həftə ərzində “bitcoin”in məzənnəsi, demək olar ki, 10 faiz artıb - oktyabrın 20-də qiymət 30 000 dollara çatıb.

Ümumiyyətlə, ilin əvvəlindən bəri “bitcoin” demək olar ki, 80 faiz bahalaşıb. 2022-ci ildə kriptovalyutanın dəyəri təxminən üç dəfə ucuz idi.

Mənbə: Lenta.ru

0.083637952804565