Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşmaqda davam edir.

hakimiyyet.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 3,83 ABŞ dolları, yaxud 4 % azalaraq 91,71 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.

0.087777853012085