ABŞ İsrailə çağırış etdi: “HƏMAS-ın hədəflərinə və infrastrukturuna dəqiq zərbələr endirin”

ABŞ Prezidenti Co Baydenin administrasiyası İsraili Qəzza zolağında genişmiqyaslı quru əməliyyatından imtina etməyə, bunun əvəzində hava qüvvələri və xüsusi təyinatlılardan istifadə etməklə məhdud əməliyyatlara diqqətini cəmləməyə çağırıb.

Bu barədə “Washington Post” amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, prezident administrasiyası İsraili HƏMAS-ın hədəflərinə və infrastrukturuna dəqiq zərbələr endirməyə çağırır.

Mənbə: TASS

0.2602698802948