Kürdəmirdə ağır qəzada ölənlərin sayı üçə çatdı - YENİLƏNİB + FOTO

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı üçə çatıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, ağır bədən xəsarətləri alan şəxslərdən biri xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, “Mercedes-Benz” markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn VAZ-2106 markalı avtomobillə toqquşub.

23:10

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və xəsarət alanlar var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometrliyində, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən VAZ-2106 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində iki nəfər dünyasını dəyişib, iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.2019259929657