Xətaidə avtomobil velosipedçini vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 2007-ci il təvəllüdlü Tural Rüstəm oğlu Əzizov idarə etdiyi velosipedlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.073212146759033