Bərdədə yaşlı qadını avtomobil vuraraq öldürüb - FOTO

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ağdam-Bərdə avtomobil yolunun rayonun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

1955-ci il təvəllüdlü İbrahimova Leyla Hüseyn qızı yolu keçmək istərkən Camal adlı şəxsin idarə etdiyi 90-EK-152 dövlət qeydiyyat nişanlı VAZ-21015 markalı minik avtomobili onu vurub.

68 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır.

0.08790111541748