DİN: “Vətəndaşlar qanunsuz saxlanılan xeyli sayda silahı təhvil veriblər”

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların xeyli sayda qanunsuz saxlanılan odlu silahları təhvil verdiyini açıqlayıb.

Bu barədə DİN-in Mətbuat Xidməti idarəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, artıq bir neçə gündür vətəndaşlar gizlədilən döyüş silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verir, yaxud ünvanları göstərirlər.

“Proses dünən də davam edib, xeyli silah-sursat təhvil verilib. Təqdirəlayiq haldır. Çağırışımıza ehtiramla yanaşan vətəndaşlara təşəkkür edirik”, - E.Hacıyev vurğulayıb.

0.076777935028076