Ucarda yük maşınının vurduğu piyada ölüb - FOTO

Ucarda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.

“QAZEL” markalı yük maşını velosipedlə yolu keçən Pərvin Kamil oğlu İsmayılovu vurub. O, hadisə yerində ölüb.

Fakt araşdırılır.

0.079802989959717