Sumqayıtda 70 yaşlı qadını avtomobil vurub.

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib .

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən 1953-cü il təvəllüdlü Mayaxanım Maqsud qızı Hüseynovanı avtomobil vurub.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.076374053955078