Bakıda avtomobilin vurduğu azyaşlı ağır xəsarət alıb

Bakının Nizami rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2018-ci il təvəllüdlü Nazpəri Pərvin qızı Seyidovanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

0.11378717422485