Qazaxda məktəbli, Gəncədə gənc qız itkin düşüb

Gəncədə 16 yaşlı gənc qız, Qazaxda 13 yaşlı məktəbli itkin düşüb.

“Report” xəbər verir ki, 1985-ci il təvəllüdlü, Gəncə şəhər sakini Samirə Eyyubova müraciət edərək qızı 2007-ci il təvəllüdlü Nurcan Eyyubovanın noyabrın 1-də yaşadığı evdən çıxıb naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirib.

Həmçinin 2010-cu il təvəllüdlü, Qazax şəhəri, İ.Qayıbov adına 3 saylı tam orta məktəbin yeddinci sinif şagirdi olan Gülxanım Vüqar qızı Hüseynova noyabrın 2-də oxuduğu məktəbdə sinif rəhbərindən baş ağrısının olması səbəbindən yaşadığı evə getmək adı ilə icazə alıb.

Lakin o, dərsdən çıxıb və itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.

0.080698013305664