Bakıda yük maşınları toqquşub, xəsarət alan var - FOTO

Paytaxtın Binəqədi rayonunda iki yük maşınının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza “Baksol” yolunda qeydə alınıb.

Belə ki, idarəetməni itirən “KamAZ” markalı yük maşının sürücüsü digər eyni markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə nəticəsində yük maşınlarına ciddi ziyan dəyib.

Qəzada bir nəfər yüngül xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.

0.10439085960388