Mərdəkanda 18 yaşlı gənci avtomobil vurub

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“Report” xəbər verir ki, 2005-ci il təvəllüdlü Röyal Elvin oğlu Allahverdiyev yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.073975086212158