Almaniyada Roma imperatorunun sarayı tapıldı - FOTO

Almaniyanın Ksanten şəhəri yaxınlığındakı Fürstenberq təpəsində aparılan qazıntılar təxminən 100x100 metr ölçüsü olan sahədə böyük bir binanın bünövrəsi tapılıb.

Ehtimal olunur ki, bu, eramızın 69-cu illərində dağıdılmış Roma imperatorunun sarayının bünövrəsidir.

Qazıntılar zamanı əldə edilən məlumatlar bu yerdə “Vetera I” hərbi düşərgəsinin mülki yaşayış məskəni - yerli Roma legionunun ilk kastrumu olduğuna güman yaradır.

Mənbə: dw.com

0.18761110305786