Paşinyan Makronla Ermənistan - Azərbaycan münasibətlərini müzakirə edib - YENİLƏNİB + VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında danışıqlar aparıblar.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələsi, mövcud problemlərin həllində beynəlxalq ictimaiyyətin dəstəyi müzakirə olunub. Paşinyan Ermənistan hökumətinin Ermənistan - Fransa əməkdaşlığının inkişafında maraqlı olduğunu vurğulayıb. Tərəflər bu istiqamətdə işi ardıcıl şəkildə davam etdirməyə hazır olduqlarını bildiriblər. Həmçinin, regional sülh və sabitlik, eləcə də Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Mənbə: TASS

14:35

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Fransaya gediblər.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Baş nazirin bu gün Fransa Prezidenti Emmanuel Makronla görüşü və Parisdə 6-cı Sülh Konfransında iştirak edəcəyi gözlənilir.

0.080421209335327