Konfrans Liqası: “Beşiktaş”, “Fənərbağça” və Emrelinin komandası məğlub oldu - YENİLƏNİB + VİDEO

Bu gün Konfrans Liqasında qrup mərhələsinin IV turunun oyunları keçirilib.

hakimiyyet.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya)  səfərdə "Viktoriya"ya məğlub olub.

"Beşiktaş" Türkiyədə "Bude-Qlimt"ə uduzub.

Türkiyə təmsilçisi "Fənərbağça" Bolqarıstanda "Ludoqorets"ə məğlub olub.

C qrupu

Astana (Qazaxıstan) - Balkani (Kosovo) 0:0

Viktoriya (Çexiya) - Dinamo (Zaqreb, Xorvatiya) 1:0


Xal durumu: Viktoriya - 12, Balkani - 4, Astana - 4, Dinamo - 3,

D qrupu

Beşiktaş (Türkiyə) - Bude-Qlimt (Norveç) 1:2

Brügge (Belçika) - Luqano (İsveçrə) 1:0

Xal durumu: Brügge - 10, Bude-Qlimt - 7, Luqano - 4, Beşiktaş - 1

E qrupu

Legiya (Polşa) - Jrinski (Bosniya) 2:0

Aston Villa (İngiltərə) - Alkmaar (Niderland) 2:1

Xal durumu: Legiya - 9, Aston Villa - 9, Alkmaar - 3, Jrinski - 3

F qrupu

Ferentsvaroş (Macarıstan) - Genk (Belçika) 1:1

Çukariçki (Serbiya) - Fiorentina (İtaliya) 0:1


Xal durumu: Fiorentina - 8, Ferentsvaroş - 6, Genk - 6, Çukariçki - 0

G qrupu

HİK (Finlandiya) - Ayntraxt (Frankfurt, Almaniya) 0:1

PAOK (Yunanıstan() - Aberdin (Şotlandiya) 2:2

Xal durumu: PAOK - 10, Ayntraxt - 9, Aberdin - 2, HİK - 1

H qrupu

Norşelland (Danimarka) - Spartak (Trnava, Slovakiya) 1:1

Ludoqorets (Bolqarıstan) - Fənərbağça (Türkiyə) 2:0

Xal durumu: Fənərbağça - 9, Norşelland - 6, Ludoqorets - 6, Spartak - 0

A qrupu

Slovan (Slovakiya) - Lill (Fransa) 1:1

Olimpiya (Sloveniya) - Klaksvik (Farer adaları) 2:0


Xal durumu: Lill - 8, Slovan - 7, Klaksvik - 4, Olimpiya - 3

B qrupu

Zarya (Ukrayna) - Makkabi (Təl-Əviv, İsrail) 1:3

Breydablik (İslandiya) - Gent (Belçika) 2:3


Xal durumu: Gent - 10, Makkabi - 6, Zarya - 4, Breydablik - 0

01:06

UEFA Konfrans Liqasının IV turu Türkiyənin “Beşiktaş” klubu üçün uğursuz olub. Turnirdə qələbəyə həsrət qalan “qartallar” bu dəfə də tilsimi qıra bilməyib və doğma meydanda Norveçin “Budyö Qlimt” komandasına uduzublar - 1:2.

Azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su da turu qolsuz başa vurub. Xorvatlar Çexiya “Viktoriya”sına minimal hesabla məğlub olublar - 1:0.

 

0.071115970611572