“KamAZ” pilotsuz yük maşını buraxacaq

Tatarıstanda 8x4 təkər sistemli pilotsuz ağır “KamAZ” yük avtomobili prototipini sınaqdan keçirilir.

Bu barədə istehsalçının rəsmi “Telegram” kanalı məlumat yayıb.

Maşına “RoboCop” adı verilib. Bu, 1987-ci ildə yayımlanan ABŞ elmi-fantastik filminin adıdır.

Bildirilir ki, hazırda avtomobil modifikasiya üçün şirkətin tədqiqat və inkişaf mərkəzindədir. Daha sonra isə kömür şaxtalarından birində real şəraitdə sınaqdan keçirilməsi üçün Kemerovoya yollanacaq.

0.18440699577332