Həyata qaytardığınız Fatimənin yenidən sizin dəstəyinizə ehtiyacı var - FOTO

15 yaşlı Fatimənin sizin dəstəyinizə ehtiyacı var. 

Bu barədə hakimiyyet.az-a onun anası Mahirə Qazıyeva məlumat verib.

O bildirib ki, övladına bir neçə ay öncə qaraciyərin köçürülməsi əməliyyatı keçirilib. 

“Fatimə hər zaman sağlam uşaq olub. Xəstəliyini elə bir neçə günün içində öyrənib, əməliyyat üçün Türkiyəyə yollandıq. Evimizi girov qoyub, dost-tanış və sizin saytın izləyicilərinin dəstəyi ilə əməliyyatımızı keçirdik. Fatimənin səhhəti günü-gündən yaxşılaşır. Amma son dövrlər müalicələrini çatdıra bilmirik. Həm kredit, həm gündəlik xərclər, həm müalicə, inanın ki, çatdırmaq olmur. Evdə isə tək yoldaşım işləyir. Fatimənin biraylıq dərmanlarını almaq üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə bu dəfə də dəstək olmalarını, bizi yarı yolda qoymamalarını xahiş edirəm”. 

Ailə ilə əlaqə: (099) 719-91-09.

0.088254928588867