Azərbaycanda gecə-gündüz qorunan obyektlər - VİDEO

Azərbaycanda bu obyektlər - 3 vağzal, 111 stansiya və 12 dayanacaq gecə-gündüz demədən 24 saat qorunur. Polislərə komandir tərəfindən təlimatlar verildikdən sonra dəmiryol vağzalında və onun ərazisində xidmətə start verilir.

Xezerxeber.az xəbər verir ki, bundan sonra Bakı Dəmiryol Vağzalında sərnişinləri yoxlayıb, içəri buraxırlar. Məqsəd qatarlarda sərnişinlərin təhlükəsizliyini tam şəkildə qorumaqdır. Buna görə də qatarlara təhlükəli əşyalarla keçidin qarşısı əvvəlcədən alınır.

Dəmiryol Nəqliyyatında Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Vüsal Alıyev deyir ki, xidməti ərəzilərdə kriminogen durum daim nəzarətdə saxlanır.

Xidməti ərazilərdə yerləşən üç vağzal, 111 stansiya və 12 dayanacaq var ki, onların hər birində təhlükəsizliyi Dəmiryol Nəqliyyatında Polis İdarəsi təmin edir.

Eyni zamanda polis əməkdaşları tərəfindən yüklərin daşınması zamanı da təhlükəsizlik tədbirləri görülür. Polis tərəfindən dəmiryol vasitəsilə narkotik daşımalarının qarşısı qətiyətlə alınır. Bu ilin doqquz ayı ərzində beş ədəd silah və ona aid sursatlar aşkarlanıb.

Qeyd edək ki, bu ilin ilk doqquz ayı ərzində qatarlarla 3 milyon 324 mindən artıq sərnişin daşınıb. Müvafiq dövr ərzində bu ərazilərdə qeydə alınan 94 cinayət hadisəsinin 95%-ə yaxını açılıb. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

0.39824795722961