İngiltərə Premyer Liqasının 13-cü turunun “Mançester Siti” - “Liverpul” matçı “şəhərlilər”in hücumçusu Erlinq Holand üçün əlamətdar olub.
Belə ki, matçda fərqlənən norveçli İngiltərə çempionatında 50-ci qolunu vurub.
O, buna 48 oyunda nail olub və Premyer Liqanın yeni rekordunu müəyyənləşdirib.
Əvvəlki rekord 65 oyunda 50 qol vuran ingilis sabiq hücumçu Endi Koula məxsus idi.
Mənbə: championat.ru