Cənubi Koreyada kəşfiyyat xidmətinin rəhbərliyi istefa verdi

Koreya Respublikasının Prezidenti Yun Sok Yol ölkənin Milli Kəşfiyyat Xidmətinin rəhbəri Kim Kyu-Hyunun istefasını qəbul edib.

Məlumata görə, xidmət rəhbərinin birinci və ikinci müavinləri də işdən çıxarılıb. Ölkə mətbuatı istefa qərarlarını gözlənilməz adlandırıb.

Bildirilir ki, artıq vakant vəzifələrdən bəzilərinə yeni təyinatlar həyata keçirilib.

Mənbə: TASS

0.20256900787354