Qəzzada azad edilən iki girov İsrail hərbçilərinə təhvil verilib – FOTO/VİDEO

Qəzza zolağında saxlanılan iki girov azad edilərək İsrail ordusuna təhvil verilib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Azad edilmiş iki girov artıq onları Hatzerim Hərbi Hava Qüvvələri bazasına müşayiət edən İsrail Müdafiə Ordusu və Baş Təhlükəsizlik Xidmətinin nümayəndələrinə təhvil verilib”, - deyə məlumatda bildirilir.

Qəzzada təhvil-təslim zamanı çəkilmiş görüntülərdən onların 21 yaşlı Mia Şem və 40 yaşlı Amit Sussana olduğu müəyyən edilib.

Mənbə: TASS

0.070497035980225