Üç ölkə prezidenti Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdi - FOTO

Litva, Latviya və Polşa prezidentləri Gitanas Nauseda, Edqars Rinkeviçs və Anjey Duda Birləşmiş Millətlər Təşkilatının (BMT) Dubayda keçirilən iqlim konfransında bütün iştirakçılarla birgə şəkil çəkdirməkdən imtina ediblər.

Buna səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun da orada iştirakı olub.

Litva prezidenti Gitanas Nauseda bildirib ki, bu foto “ailə fotosu” adlanır, Belarus prezidenti isə onların mənsub olmaq istədikləri ailəyə aid deyil.

Mənbə: “RİA Novosti” “Telegram”

0.078955888748169