Rusiyada avtomobil satılan mərkəzdə güclü yanğın olub - VİDEO

Rusiyanın Tatarıstan Respublikasının Naberejnıye Çelnı şəhərində yerləşən avtomobil bazarının binasında güclü yanğın baş verib.

Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının sahəsi 6,8 min kvadratmetr təşkil edib.

Hadisə yerinə 130-dan çox yanğınsöndürən və 40 texnika cəlb olunub.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Mənbə: TASS

0.08948802947998