İtaliyada içərisində turistlərin olduğu qayıq aşdı - ANBAAN VİDEO

Asiyalı turistlər olduğu qayıq İtaliyanın Venesiya şəhərindəki Verona kanalının ortasında aşıb.

Qayığın aşma təhlükəsi olduğundan səyahətçilərdən selfi çəkməmələri xahiş edilib. Lakin onlar göstərişlərə qulaq asmayıblar və qayığın bir tərəfinə toplaşıb şəkil çəkdiriblər.

Nəticədə qayıq aşıb və içindəki hər kəs soyuq suya düşüb. Turistlərə kömək etmək üçün hadisə yerinə yanğınsöndürmə briqadası gəlib.

Mənbə: Bild

0.086833953857422