“Azəriqaz” İB-nin şöbə müdiri: “Bu ilin 11 ayı ərzində 11 mindən çox müraciət daxil olub”

“Cari ilin 11 ayı ərazində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 11 min 074 müraciət daxil olub”.

hakimiyyet.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Şikayətlərin Araşdırılması Şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

O bildirib ki, müraciətlərdən 4 887-si “Opentext” proqramı vasitəsilə, 6 187-si isə elektron formada daxil olub:

“Belə ki, “Opentext” proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin 11 ayı ilə müqayisədə 918 ədəd azalıb. Müraciətlər, əsasən, təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlıdır”.

Könül Cəfərli

0.2409291267395