Bakıda qeyri-adi zəncirvari qəza baş verib - VİDEO

Bakıda qeyri-adi zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

hakimiyyet.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. 

Sosial şəbəkələrdə paylaşılan görüntülərdən aydın olur ki, “Chevrolet Cruze” markalı avtomobil “Hyundai” markalı avtomobillə toqquşub. Nəticədə, sürücünün idarəetməsindən çıxan “Chevrolet” yolun kənarında park edilmiş “Renault” markalı minik avtomobilinin üstünə çıxıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı haqqında dəqiq məlumat yoxdur. 

Qəzanın görüntülərini təqdim edirik: 

 

 

0.12767696380615