Bakıda mebel salonu yanıb

Bakının Nərimanov rayonunda ümumi sahəsi 1 880 kvadratmetr (hər mərtəbəsi 470 kv.m) olan dördmərtəbəli mebel salonunun 3-cü mərtəbəsində 50 kvadratmetr sahədə yığılan yumşaq mebel dəsti yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mebel salonunun qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

0.074627161026001