Litva - Belarus sərhədinə rekord növbə: 1800-ə yaxın yük maşını dayanıb

Litvanın Belarusla sərhədində 1780-dən çox yük maşını boş dayanıb.

Məlumata görə, bəzi sürücülər keçidə icazə almaq üçün 4-5 gündən çox gözləməli olurlar.

Bu barədə məlumatın real vaxt rejimində yerləşdirildiyi Litvanın Nəzarət Məntəqələri Direktorluğunun saytında bildirilir.

Qeyd olunur ki, hər bir avtomobilin keçid müddəti 73 ilə 110 saat arasında dəyişir.

Bildirilir ki, Litvadan Belarusa girişdə yük maşınlarının cari növbəsi 2023-cü il üçün maksimumdur.

0.09791088104248