Çilini meşə yanğınları bürüyüb: Xəsarət alanlar var - VİDEO

Çilinin Valparaiso bölgəsində 500 hektara yaxın ərazini əhatə edən meşə yanğınları nəticəsində azı yeddi nəfər xəsarət alıb.

Məlumata görə, xəsarət alanlar arasında iki yanğınsöndürən də var.

Limaçe kommunasında baş verən yanğın nəticəsində 20 evə ziyan dəyib, 480 hektara yaxın ərazi yanıb.

Bundan əlavə, yanğınla əlaqədar 300-ə yaxın insan təxliyə edilib.

Milli Fəlakətlərin İdarə Edilməsi Xidməti qırmızı təhlükə səviyyəsi elan edib.

Mənbə: TASS

0.09703803062439