Bakıda taksi evakuatora çırpıldı: Ölən və yaralananlar var

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib, bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Binə dairəsində qeydə alınıb.

Belə ki, taksi kimi fəaliyyət göstərən sürücü idarə etdiyi “Toyota” markalı maşında diqqətsizlikdən sükana nəzarəti itirib.

Nəticədə maşını eyni istiqamətdə hərəkətdə olan evakuatora çırpıb.

Zərbə nəticəsində avtomobildə olan sərnişin 2001-ci il təvəllüdlü Ramilə Ramil qızı Əlizadə  hadisə yerində dünyasını dəyişib.

Sürücü və digər sərnişin ağır bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Sərnişin R.Əlizadənin meyiti morqa təhvil verilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

0.074786901473999