Braziliya millisinin keçmiş futbolçusu qaçırılıb

“Valensiya” və “Korintians” kimi tanınmış klubların keçmiş futbolçusu Marselinyo Karioka Braziliyada musiqi konserti zamanı qaçırılıb.

Bu barədə keçmiş futbolçunun vəkilinə istinadən məlumat yayılıb.

Mənbənin sözlərinə görə, oğurluq dünən, dekabrın 17-də musiqi konserti zamanı baş verib. Karioka tədbirdə tanış olduğu bir qadınla yola çıxmaq qərarına gəldikdən sonra qaçırılıb.

Həmçinin bildirilir ki, hazırda cinayətkarlar Marselinyonun azadlığa buraxılması üçün təxminən 90 min Braziliya realı (təxminən 17 min avro) tələb edirlər.

Qeyd edək ki, Marselinyo Karioka 2010-cu ildə peşəkar karyerasını bitirib. O, “Flamenqo”, “Korintians”, “Valensiya”, “Santos”, “Vasko da Qama” kimi klublarda çıxış edib. Karioka Braziliya millisinin heyətində də üç oyun keçirib və iki qol vurub.

Mənbə: championat.com

0.083059072494507