Türkiyə Super Liqasının 17-ci turunda lider “Fənərbağça” səfərdə “Kayserispor”u 4:3 hesabı ilə məğlub edərək liderliyini qoruyub.
“Fənər”in heyətində Mişi Batşuayi het-trikə (40, 50 və 79 p.) imza atıb. Komandanın ilk qolunu isə matçda hesabı açan Cengiz Ünder (8) vurub.
Rəqibin heyətində Olivye Kemen (45+4), Mame Taim (56 p.) və Migel Kardoso (73) fərləniblər.
“Sarı-lacivərdlilər” oyunu doqquz nəfərlə tamamlamalı olublar. Belə ki, matçın 90+8-ci dəqiqəsində Fred, 90+10-cu dəqiqəsində isə Mert Hakan Yandaş qırmızı vərəqə alıb.
Beləliklə də, liqada qələbə seriyasını dörd oyuna yüksəldən “Fənərbağça” 43 xalla liderliyini davam etdirir. “Kayserispor” isə 29 xalla 3-cü pillədədir.