U-15 Liqasının “Ulduz Mingəçevir”lə oyununda zədələnən “Neftçi”nin qapıçısı Nurəziz Əzizovun müalicəsi başa çatıb.
Məlumata görə, qolkiper bu gün xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, dekabrın 10-da keçirilən matçın 37-ci dəqiqəsində zədələnən qolkiper dalağın yırtığı diaqnozu ilə əməliyyat olunub.
Mənbə: media.az