Hacıqabulda ağır qəza: Ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB + FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 113-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili və “QAZel” markalı yük avtomobili toqquşub, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

“Report”un məlumatına görə, qəza nəticəsində Vüqar Əsgərov dünyasını dəyişib. İki nəfər Laçın rayon sakini - 1995-ci il təvəllüdlü Şəfa İmdad oğlu Ağayev və 1987-ci il təvəllüdlü Dəyanət Məhərrəm oğlu Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

17:16

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb.

“Toyota Prado” markalı avtomobillə “QAZel” markalı yük maşını toqquşub. Nəticədə bir nəfər hadisə yerində ölüb. Xəsarət alan iki nəfər Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə cəlb edilən FHN əməkdaşları avtomobildə sıxılmış halda qalan meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

0.084091901779175